- Transfer
- 22:00 05.12.2025
İtaliyanın "Napoli" klubu hücum xəttini yeni transferlə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, A seriyasının son çempionu Niderland millisinin forvardı Noa Lanqı transfer edib.
26 yaşlı futbolçu PSV-dən birdəfəlik əsasda transfer olunub.
Ötən mövsüm Erediviziyada məhsuldar çıxışı ilə seçilən Lanq 29 oyuna 11 qol və 10 assistlə yadda qalıb. Niderland yığmasında isə o, indiyədək 14 dəfə meydana çıxıb və 3 dəfə fərqlənib.
Qeyd edək ki, Antonio Kontenin rəhbərlik etdiyi "Napoli" 2024/25 mövsümündə A seriyasını 82 xalla zirvədə tamamlayaraq "İnter"i cəmi bir xal qabaqlayıb.