6 dekabr 2025. Şənbə

"Vilyarreal" Lukas Vaskesi heyətinə qatmağa yaxındır


  • Transfer
  • 20:53 17.07.2025
  • Oxunma sayı: 130
"Vilyarreal" Lukas Vaskesi heyətinə qatmağa yaxındır

İspaniyanın "Vilyarreal" klubu bir müddət əvvəl "Real"dan ayrılan futbolçu Lukas Vaskeslə danışıqları davam etdirir.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən yaydığı xəbərə görə, tərəflər arasında ilkin razılıq əldə olunub və 33 yaşlı futbolçunun özü də "Vilyarreal"a keçidə müsbət yanaşır. Hazırda transferin baş tutması üçün aktiv müzakirələr aparılır.

Qeyd edək ki, ispaniyalı bu ilin iyulunda "Real Madrid"lə müqaviləsinin başa çatmasının ardından azad agent statusu qazanıb. Müdafiəçi/yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu 2016-cı ildən "kral klubu"nun əsas komandasında forma geyinib. O, "Real"ın heyətində ümumilikdə 402 oyuna çıxaraq 38 qol vurub, 73 məhsuldar ötürmə ilə yadda qalıb.

 







Transfer