6 dekabr 2025. Şənbə

Ter Ştegen 4 ay yaşıl meydanlardan kənarda qala bilər


  • Transfer
  • 21:23 17.07.2025
  • Oxunma sayı: 159
Ter Ştegen 4 ay yaşıl meydanlardan kənarda qala bilər

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen ciddi diskomfort hiss etdiyi belindən əməliyyat olunmaq variantını nəzərdən keçirir.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən yaydığı xəbərə görə, 33 yaşlı qolkiper 4 aya qədər meydana çıxa bilər. 

Alman futbolçunun komanda ilə Asiya turnesinə çıxacağı ehtimalı azdır. O, son bir neçə gün ərzində idman zalında işləyir, sağalmağa çalışır, lakin hazırda bu yanaşma özünü doğrultmayıb.

Vurğulanır ki, ter Ştegenin zədəsi yayda onun "Barselona"dan potensial gedişinə mane olur. Eyni zamanda, qapıçı 2026-cı il dünya çempionatında Almaniya millisinin əsas qapıçısının yerini tutmaq üçün gələn qışdan yeni komanda axtarışına başlaya bilər.







Transfer