14 dekabr 2025. Bazar günü

"Mançester Yunayted"dən Mbemo üçün son təklif


  • Transfer
  • 21:29 17.07.2025
  • Oxunma sayı: 147
"Mançester Yunayted"dən Mbemo üçün son təklif

"Mançester Yunayted" Brayan Mbemonun transferi istiqamətində danışıqları daha da ciddiləşdirib.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" 25 yaşlı hücumçunu heyətinə qatmaq üçün "Brentford"a yeni, təkmilləşdirilmiş təklif göndərib.

 Mançester klubu bu dəfə oyunçu üçün 76 milyon avro əsas məbləğ və əlavə 6 milyon bonus olmaqla, ümumilikdə 81 milyonluq avro paket irəli sürüb.

Qeyd edək ki, daha əvvəl "Brentford" rəqibin 52+10 milyon və 64+7.5 milyonluq təkliflərini geri çevirmişdi.

Keçən mövsüm B.Mbemo bütün turnirlər daxil olmaqla 42 matçda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 55 milyon avro olaraq göstərir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı