6 dekabr 2025. Şənbə

Donnarumma “Bavariya” və “Mançester Siti”nin transfer hədəfindədir


  • Transfer
  • 22:27 17.07.2025
  • Oxunma sayı: 249
Donnarumma “Bavariya” və “Mançester Siti”nin transfer hədəfindədir

PSJ və İtaliya millisinin qapıçısı Canluici Donnarumma yay transfer dönəmində Avropanın iki nəhəng klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə,  26 yaşlı qolkiperin xidmətində Almaniyanın “Bavariya” və İngiltərənin “Mançester Siti” klubları maraqlıdır. Hər iki klub artıq oyunçunun agenti ilə əlaqə saxlayıb.

Donnarumma-nın Paris təmsilçisi ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər davam edir. “Transfermarkt” portalı təcrübəli qapıçıya 40 milyon avro qiymət qoyub.

Ötən mövsüm Donnarumma PSJ-nin heyətində 47 oyunda meydana çıxıb. Bu qarşılaşmalarda 43 qol buraxan qapıçı 17 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.







Transfer