27 mart 2026. Cümə

Ronaldonun istəyi ilə “Əl-Nəsr” Luis Dias üçün hərəkətə keçib


  • Transfer
  • 23:59 17.07.2025
  • Oxunma sayı: 256
Ronaldonun istəyi ilə “Əl-Nəsr” Luis Dias üçün hərəkətə keçib

“Liverpul”un hücumçusu Luis Dias karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az “Sport.es”ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu ilə “Əl-Nəsr” klubu maraqlanır. Komandanın lideri Kriştiano Ronaldo bu transferin reallaşmasını şəxsi olaraq istəyib və klub rəhbərliyindən müqavilənin bağlanmasını tələb edib.

Mümkün keçid üçün təklif ediləcək məbləğ 100 milyon avro civarındadır. 28 yaşlı forvard ötən mövsüm Premyer Liqada 36 oyuna çıxaraq 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Luis Diasın “Liverpul”la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb