27 mart 2026. Cümə

Nuneslə “Barselona” da daxil olmaqla dörd klub maraqlanır


  • Transfer
  • 21:23 18.07.2025
  • Oxunma sayı: 241
Nuneslə “Barselona” da daxil olmaqla dörd klub maraqlanır

“Liverpul” klubunun hücumçusu Darvin Nunes karyerasını yeni komandada davam etdirə bilər.

90deqiqe.Az "Caught Offside"yə xəbər verir ki, Uruqvay millisinin üzvünə ən ciddi marağı Səudiyyə Ərəbistanının iki nəhəngi – “Əl-Hilal” və “Əl-Nəsr” göstərir. Bununla yanaşı, “Barselona” və “Milan” da vəziyyəti yaxından izləyir və transfer ehtimalını dəyərləndirir.

“Liverpul” 26 yaşlı hücumçunu satmağa hazırdır, lakin klub futbolçunun transfer qiyməti kimi 70 milyon avro tələb edir. Hazırda “Barselona” və “Milan”ın bu məbləği ödəməyə hazır olub-olmadığı məlum deyil. Hələlik adıçəkilən klublardan heç biri rəsmi təklif göndərməyib.

Darvin Nunes ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlər daxil olmaqla 47 oyunda meydana çıxıb, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “qırmızılar”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı oyunçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

 







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb