- Transfer
- 19:12 13.12.2025
“Arsenal” baş məşqçi Mikel Artetanın rəhbərliyi altında “Çelsi”dən transferlərə ciddi vəsait ayırıb.
90deqiqe.Az ESPN-ə istinadən xəbər verir ki, 2019-cu ilin qışında komandanın sükanı arxasına keçən Artetanın dövründə “topçular” “zadəganlar”dan futbolçu transferlərinə ümumilikdə 154 milyon avro xərcləyib.
Son olaraq “Arsenal” iyulun 18-də “Çelsi”dən hücumçu Noni Maduekeni heyətinə qatıb. Ondan əvvəl qapıçı Kepa Arrisabalaqa da “Stamford Bric”dən “Emirates”ə keçmişdi.
2023/24 mövsümündə Artetanın komandası “Çelsi”dən hücumameyilli yarımmüdafiəçi Kay Havertzi, 2022/23 mövsümündə isə yarımmüdafiəçi Jorjinyo transfer etmişdi. 2019-cu ildə isə müdafiəçi David Luiz iki London klubu arasında dəyişiklik etmişdi.
Bundan əlavə, ötən mövsüm “Arsenal” “Çelsi”dən cinah hücumçusu Rəhim Sterlinqi icarəyə götürmüşdü.