27 mart 2026. Cümə

“Qalatasaray” Ederson üçün “Mançester Siti”yə təklif göndərib


  • Transfer
  • 21:38 18.07.2025
  • Oxunma sayı: 239
“Qalatasaray” Ederson üçün “Mançester Siti”yə təklif göndərib

Türkiyənin “Qalatasaray” klubu “Mançester Siti”nin təcrübəli qapıçısı Ederson Moraesi transfer etmək istəyir.

90deqiqe.Az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı qolkiper üçün İngiltərə klubuna 3 milyon avro təklif edib.

Braziliyalının “şəhərlilər”lə müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatır.

Təcrübəli əlcək sahibi 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, bu müddətdə klubun heyətində bütün turnirlərdə 372 oyuna çıxıb və onlardan 168-ni qolsuz başa vurub.

Ederson “Siti” ilə 6 dəfə Premyer Liqa çempionu, 2 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku və 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Transfermarkt portalının məlumatına görə, qapıçının bazar dəyəri 20 milyon avrodur.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb