14 dekabr 2025. Bazar günü

“Barselona” 18 yaşlı futbolçu transfer edir


  • Transfer
  • 21:46 18.07.2025
  • Oxunma sayı: 215
“Barselona” 18 yaşlı futbolçu transfer edir

İspaniyanın “Barselona” klubu Braziliyanın “Palmeyras” komandasında çıxış edən 18 yaşlı cinah hücumçusu Rikelme Fillipinin xidmətində maraqlıdır.

90deqiqe.Az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin skautları istedadlı futbolçunu artıq bir ildir ki, yaxından izləyir.

Mənbənin məlumatına görə, “Barselona”da Fillipinin hücum xəttində üç mövqedə oynamaq bacarığı xüsusi dəyərləndirilir. Klubun hazırkı maliyyə vəziyyətini nəzərə alaraq, rəhbərlik gənc və potensiallı futbolçulara üstünlük verir və münasib qiymətə transfer imkanlarını araşdırır.

Gənc oyunçunun klubla mövcud müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir.Rikelme Filipe bu mövsüm “Palmeyras”ın heyətində bütün turnirlər üzrə 29 oyunda iştirak edib. O, 19 qola və 3 məhsuldar ötürməyə imza atıb.

 







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı