6 dekabr 2025. Şənbə

“Barselona” Ter Ştegenin qərarını gözləyir


  • Transfer
  • 22:35 18.07.2025
  • Oxunma sayı: 206
“Barselona” Ter Ştegenin qərarını gözləyir

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yaxın günlərdə əməliyyat olunub-olunmamaqla bağlı son qərarını verməlidir.

90deqiqe.Az-ın İspaniyanın "AS" nəşrinə istinadən məlumatına görə, alman qolkiper 24 iyula qədər belindəki ağrılarla bağlı cərrahiyyə müdaxiləsinə razılıq verib-verməyəcəyini klub rəhbərliyinə bildirməlidir.

Mənbənin məlumatına görə, “Barselona” həkim heyəti əməliyyatı yeganə düzgün seçim hesab edir və futbolçunun tezliklə bu addımı atmasını istəyir. Lakin ter Ştegen cərrahiyyəyə skeptik yanaşır və son qərarı verməzdən əvvəl bədəninin reaksiyasını bir qədər də izləmək niyyətindədir.

Qeyd olunur ki, ter Ştegenin davranışları komanda daxilində təəccüb doğurub.

“O, istirahətdən qayıtdıqdan sonra çox qəribə davranır, hər şeydən şikayətlənir”, – deyə klubdakı mənbə bildirib.

İddialara görə, bu gərginliyin səbəbi ter Ştegenin baş məşqçi Hans-Diter Fliklə yaxınlarda baş tutmuş söhbətidir. Bildirilir ki, alman mütəxəssis ona artıq əsas qapıçı olmadığını çatdırıb. Bu isə futbolçunun emosional durumuna təsir edib və onun gələcək qərarını da müəyyənləşdirə bilər.







Transfer