6 dekabr 2025. Şənbə

“Serik Belediyespor” üç rusiyalı futbolçunu heyətinə qatdı


  • Transfer
  • 23:47 18.07.2025
  • Oxunma sayı: 191
“Serik Belediyespor” üç rusiyalı futbolçunu heyətinə qatdı

Türkiyənin I Liqa təmsilçisi “Serik Belediyespor” heyətini üç rusiyalı futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub müdafiəçilər Kirill Qotsuk və Dmitri Tixiy, eləcə də yarımmüdafiəçi İlya Berkovski ilə müqavilə imzalayıb.Hər üç futbolçu ilə iki illik anlaşma əldə olunub.

Kirill Qotsukun son klubu Rusiya Premyer Liqasında çıxış edən “Pari NN” olub. Dmitri Tixiy isə Türkiyə klubu ilə anlaşmazdan öncə Ermənistanın “Urartu” komandasında forma geyinirdi. İlya Berkovski isə “Serik Belediyespor”a Rusiya Birinci Liqasının təmsilçisi “Ximki”dən keçib.

Qeyd edək ki, “Serik Belediyespor”u rusiyalı baş məşqçi Sergey Yuran çalışdırır. 







Transfer