- Transfer
- 22:00 05.12.2025
"Real" yarımmüdafiəçisi Dani Sebalyosu satışa çıxarıb.
90deqiqe.Az “AS” nəşrinə istinadən xəbər verir ki, paytaxt klubu 28 yaşlı futbolçunun transferindən 20 milyon avro gəlir əldə etmək niyyətindədir.
Sebalyosla yaxından maraqlanan klublardan biri də onun sabiq komandası olan "Betis"dir. Lakin səvilyalılar oyunçunun transfer dəyərini 5-10 milyon avro aralığında qiymətləndirir. Üstəlik, Sebalyosun illik 9 milyon avro məvacibi "Betis" rəhbərliyində müəyyən tərəddüdlərə səbəb olub.
Qeyd edək ki, Dani Sebalyos 2011–2017-ci illər aralığında "Betis"in sistemində çıxış edib və əsas komandanın heyətində 105 oyunda 7 qola imza atıb. O, ötən mövsüm "Real"ın heyətində bütün turnirlər üzrə 44 matçda meydana çıxaraq bir assistlə yadda qalıb.