6 dekabr 2025. Şənbə

Sanço “Yuventus”la şəxsi müqavilə şərtlərini razılaşdırdı


  • Transfer
  • 19:36 19.07.2025
  • Oxunma sayı: 138
Sanço “Yuventus”la şəxsi müqavilə şərtlərini razılaşdırdı

“Mançester Yunayted”in cinah hücumçusu Ceydon Sanço “Yuventus”la şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib.

90deqiqe.Az “Tuttosport”a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu İtaliya təmsilçisində mövsümə görə 6 milyon avro məvacib alacaq. Müqavilə 4 ili əhatə edəcək və əlavə bonusları da nəzərdə tutur. Hazırda Turin klubu “qırmızı şeytanlar”la razılığın yekun detalları üzərində işləyir. “Yuventus”un təklifi 15 milyon funt sterlinq (təxminən 17,4 milyon avro) və bonuslardan ibarətdir.

Qeyd edək ki, ötən mövsüm Sanço icarə əsasında “Çelsi”də çıxış edib. O, bütün turnirlər üzrə 42 oyunda 5 qol vurub, 10 məhsuldar ötürmə edib. İngiltərəli futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayına kimidir. “Transfermarkt” onun cari bazar dəyərini 28 milyon avro olaraq göstərir.







Transfer