6 dekabr 2025. Şənbə

Obameyanq “Marsel”ə qayıdır


  • Transfer
  • 20:09 19.07.2025
  • Oxunma sayı: 182
Obameyanq “Marsel”ə qayıdır

Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq karyerasını yenidən Fransa çempionatında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə,  36 yaşlı forvard “Marsel”lə razılığa gəlib.

Tərəflər arasında razılıq cümə günü axşam saatlarında əldə olunub. Müqavilənin 2027-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilir.

Obameyanq bu keçidlə bağlı Səudiyyə Ərəbistanından aldığı bir neçə təklifi rədd edib.

Təcrübəli hücumçu 2023/24 mövsümündə də “Marsel”in formasını geyinmiş, daha sonra “Əl-Kadisiyə” klubuna transfer olunmuşdu. Səudiyyə Ərəbistanı Pro Liqasında keçirdiyi 32 matçda 17 qol və 3 assistlə yadda qalan Obameyanq, ölkə kubokunda da 4 oyunda 4 dəfə fərqlənmişdi.

Transfermarkt portalı təcrübəli hücumçunun bazar dəyərini hazırda 3.5 milyon avro olaraq qiymətləndirir.







Transfer