27 mart 2026. Cümə

"Yuventus”u “Marsel”ə dəyişir


  • Transfer
  • 21:15 20.07.2025
  • Oxunma sayı: 148
"Yuventus”u “Marsel”ə dəyişir

Fransanın “Marsel” klubu və İtaliyanın “Yuventus” komandası yarımmüdafiəçi Timoti Veanın transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu Fransaya icarə əsasında keçəcək, lakin müqavilədə məcburi satınalma şərti yer alacaq. Sövdələşmənin ümumi məbləği 12-15 milyon avro arasında dəyişəcək.

“Marsel” artıq amerikalıya 5 illik uzunmüddətli müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, Timoti Vea ötən mövsüm A Seriyasında “Yuventus”un heyətində 30 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı amerikalı futbolçunun cari bazar dəyərini 17 milyon avro olaraq qiymətləndirir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb