- Transfer
- 19:12 13.12.2025
"Atletik Bilbao" klubu mərkəz müdafiəçisi Emerik Laportenin transferi üzərində işə başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bask klubu 31 yaşlı futbolçu üçün "Əl-Nəsr"ə artıq ilk şifahi təklifini təqdim edib. Səudiyyə Ərəbistanı təmsilçisi ispan müdafiəçiyə güvənmir və yay transfer pəncərəsində onunla yolları ayırmağa hazırdır.
"Atletik" rəhbərliyi öz yetirməsi olan Laporteni yenidən komandaya cəlb etmək üçün maksimum səy göstərir.
Xatırladaq ki, o, peşəkar karyerasına məhz Bilbaoda başlayıb və klubun heyətində 200-dən çox oyuna çıxıb. 2018–2023-cü illər aralığında "Mançester Siti"də çıxış edən futbolçu ötən mövsümdən etibarən "Əl-Nəsr"in formasını geyinir.
Transfermarkt portalı Laporun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.