- Transfer
- 19:12 13.12.2025
Mərkəz müdafiəçisi Erik Baili karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu Pro Liqanın yeni iştirakçısı olan "Əl-Nəcma" klubunun təklifini qəbul edib.
Tərəflər artıq bütün müqavilə şərtləri üzrə razılığa gəliblər. Fil Dişi Sahilinin üzvü yalnız tibbi müayinədən keçmək və müqaviləyə imza atmaq qalır.
Təcrübəli futbolçu son 1,5 ili İspaniyanın "Vilyarreal" klubunda keçirib və bu yay azad agent kimi komandadan ayrılıb. O, daha öncə "Beşiktaş" və "Mançester Yunayted" kimi klubların da formasını geyinib.
Qeyd edək ki, "Əl-Nəcma" 2024/25 mövsümündə Səudiyyə Ərəbistanının birinci divizionunda ikinci yeri tutaraq tarixində ilk dəfə elitaya vəsiqə qazanıb.