- Transfer
- 23:59 26.03.2026
"Fiorentina" son günlər adı klubla hallanan Frank Kessini transfer etməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi hazırda Florensiya təmsilçisinin transfer siyahısında yer almır və bu vəziyyətin gələcəkdə dəyişməsi də ehtimal olunmur.
Klubun futbolçunun yüksək maliyyə tələblərinə cavab vermək niyyətində olmadığı bildirilir.
Kessinin adı daha əvvəl "Yuventus"la da hallanmışdı.
Qeyd edək ki, Təcrübəli futbolçu ötən mövsümü Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda keçirib və 44 oyunda 4 qol, 5 assistlə yadda qalıb. Onun bazar dəyəri Transfermarkt-a görə 14 milyon avrodur.