14 dekabr 2025. Bazar günü

"Liverpul" Rodriqonun transferi uğrunda mübarizəyə başlayıb


  • Transfer
  • 23:21 20.07.2025
  • Oxunma sayı: 179
"Liverpul" Rodriqonun transferi uğrunda mübarizəyə başlayıb

İngiltərənin "Liverpul" klubu İspaniya nəhəngi "Real Madrid"in hücumçusu Rodriqonu heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, Mersisayd təmsilçiləri 24 yaşlı forvardı yeni ulduz hücumçu kimi komandaya gətirməyə çalışır.

Qeyd olunur ki, "Liverpul" braziliyalı hələ 2020-ci ildə, Yurgen Kloppun rəhbərliyi dövründə transfer etmək niyyətində olub. Həmin dövrdə razılaşma baş tutmasa da, indi "qırmızılar" fürsəti əldən vermək istəmir. Həmçinin vurğulanır ki, son illərdə "Liverpul" transfer bazarında bir neçə dəfə "Real Madrid"ə uduzub və bu dəfə geri çəkilmək niyyətində deyil.

Transfermarkt portalı Rodriqonun bazar dəyərini 90 milyon avro olaraq göstərir. Braziliyalı hücumçu ötən Klub Dünya Çempionatında az oyun vaxtı alması ilə gündəmə gəlmişdi.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı