3 iyul 2026. Cümə

Kyeza özünə klub axtarır


  • Transfer
  • 23:55 20.07.2025
  • Oxunma sayı: 228
Kyeza özünə klub axtarır

“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza özünə klub axtarır.

90deqiqe.Az xəbər verir ki, Merisayd təmsilçisinin futbolçusu daha çox İtaliyaya qayıtmağa can atır.

26 yaşlı futbolçu artıq İngiltərə təmsilçisinin mövsümöncəsi təlim-məşq toplanışını vaxtından əvvəl tərk edib.

O, ötən ilin yayında “Liverpul”a keçmiş və 2028-ci ilin yayına qədər müqavilə imzalamışdı. Lakin Kyeza Premyer Liqa klubunda gözlənilən performansı sərgiləyə bilməyib.

İtaliyalı futbolçu geridə qalan mövsümdə cəmi 14 oyuna çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır