14 dekabr 2025. Bazar günü

"Çelsi" Nikolas Cekson üçün 115 milyon tələb edir


  • Transfer
  • 21:53 21.07.2025
  • Oxunma sayı: 136
"Çelsi" Nikolas Cekson üçün 115 milyon tələb edir

"Çelsi"nin hücumçusu Nikolas Cekson yay transfer pəncərəsində Premyer Liqa daxilində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "Transfer News Live"yə istinadən yaydığı xəbərə görə, 24 yaşlı forvardın xidmətində "Mançester Yunayted" və "Aston Villa" klubları maraqlıdır.

 "Zadəganlar" seneqallı futbolçunun transfer dəyərini 92–115 milyon avro aralığında müəyyənləşdirib.

Mənbənin yazdığına əsasən, London klubu bu qiymətləndirmədə Uqo Ekitikenin bazar qiymətini əsas götürür.

Qeyd edək ki, "Liverpul"un fransalı hücumçu üçün 95 milyon avro ödəyəcəyi gözlənilir.Nikolas Cekson "Çelsi"nin heyətində indiyədək 81 oyuna çıxıb, bu qarşılaşmalarda 30 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı