5 dekabr 2025. Cümə

“Mançester Yunayted”dən 75 milyonluq transfer


  • Transfer
  • 23:16 21.07.2025
  • Oxunma sayı: 165
“Mançester Yunayted”dən 75 milyonluq transfer

“Mançester Yunayted”  hücumçu Brayan Mbeumonun transfer edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kamerunlu oyunçu ilə 5 illik müqavilə imzalayıb. "Qırmızı şeytanlar" 25 yaşlı oyunşunun keçidi üçün “Brentford”a 75 milyon avroya ödəyib.

Mbeumo keçidi iyun ayında təsdiqləyib. Ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyunda 20 qol vurub, 8 assistlə yadda qalıb. O, 2019-cu ildən “Brentford”da çıxış edirdi, oraya isə Fransa “Troy” klubundan keçmişdi.

Qeyd edək ki, ötən mövsüm “Mançester Yunayted” Premyer Liqada 15-ci yeri tutaraq 42 xal toplayıb və Avropa Liqasının finalına qədər irəliləyib. Yeni mövsümdə isə komanda avrokuboklarda iştirak etməyəcək. Komandaya 2025-ci ilin qışından portuqaliyalı baş məşqçi Ruben Amorim rəhbərlik edir.







Transfer