5 dekabr 2025. Cümə

“Atalanta”nın bombardiri Səudiyyə Ərəbistanına yollandı


  • Transfer
  • 23:33 21.07.2025
  • Oxunma sayı: 161
“Atalanta”nın bombardiri Səudiyyə Ərəbistanına yollandı

“Atalanta”nın hücumçusu Mateo Retegi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı forvard bundan sonra “Əl-Qadisiyə”nin uğurları üçün çalışacaq.

Futbolçunun yeni komandası ilə əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Argentinalı hücumçunun keçidi 65 milyon avroya başa gəlib.

Retegi ötən mövsüm A Seriyasında 36 oyuna 25 qol vuraraq bombardirlik yarışının qalibi olub və möhtəşəm performansla diqqət çəkib. 

Transfermarkt portalının qiymətləndirməsinə görə, oyunçunun bazar dəyəri 45 milyon avrodur.

Son Səudiyyə Ərəbistanı çempionatının nəticələrinə görə, “Əl-Qadisiyyə” turnir cədvəlində dördüncü yeri tutub.







Transfer