14 dekabr 2025. Bazar günü

"Mançester Yunayted"in futbolçusu İtaliya klublarının hədəfində


  • Transfer
  • 22:47 22.07.2025
  • Oxunma sayı: 138
"Mançester Yunayted"in futbolçusu İtaliya klublarının hədəfində

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund İtaliya A Seriyasının "Atalanta" və "Latsio" klublarının maraq dairəsinə düşüb.

90deqiqe.Az xəbər verir ki, futbolçunun yüksək maaşı onun İtaliya klubuna keçidini çətinləşdirir. Optimal variant kimi icarə təklif olunur, lakin “Mançester Yunayted” futbolçunu yalnız İngiltərə Premyer Liqası komandalarına icarəyə verməyə hazırdır.

“Atalanta” isə Mateo Reteqinin “Əl-Kadisiyə”yə keçidindən sonra danimarkalı futbolçunun komandaya qayıtmasını nəzərdən keçirir.

Keçən mövsüm Hoylund bütün turnirlərdə 52 oyuna çıxaraq 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2035-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı