14 dekabr 2025. Bazar günü

“Real”ı “Liverpul”a dəyişir


  • Transfer
  • 23:32 22.07.2025
  • Oxunma sayı: 146
“Real”ı “Liverpul”a dəyişir

“Real”ın hücumçusu Rodriqo bu yay İngiltərə Premyer Liqasına yola düşə bilər.

90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən verdiyi məlumata görə, “Liverpul” 24 yaşlı futbolçunun transferində irəliləyiş əldə edib və futbolçunun agenti ilə razılığa gəlib.

Mənbə bildirir ki, “Real” da braziliyalının agentliyi ilə danışıqlara başlayaraq bu keçidə müsbət yanaşıb. Transferin yaxın günlərdə açıqlanması gözləbnlir.

Bu yay “Real”ın baş məşqçisi Xabi Alonso təyin olunub. Onun gəlişindən sonra Rodriqo Klub Dünya Çempionatında az oynayıb. Braziliyalı ilə “krem” arasında üç illik müqavilə qüvvədədir. Transfermarkt portalı onun qiymətini 90 milyon avro olaraq göstərir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı