27 mart 2026. Cümə

PSJ yeni transfer edəcəkmi?


  • Transfer
  • 12:07 23.07.2025
  • Oxunma sayı: 134
PSJ yeni transfer edəcəkmi?

Fransanın PSJ klubu yay transfer pəncərəsinin bağlanmasına qədər daha bir neçə transferi reallaşdıra bilər.

90deqiqe.Az xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi heyəti gücləndirə biləcək bir və ya iki yeni oyunçunun transferini planlaşdırır. Klubda ciddi islahatlara ehtiyac olmadığı düşünülür. Məhz buna görə də əsas məqsəd artıq qurulmuş balansı qorumaq olacaq.

Qeyd edək ki, PSJ 2024/25 mövsümünü yüksək nəticələrlə başa vurub. Luis Enrikenin rəhbərlik etdiyi komanda Liqa 1, Fransa Kuboku, Fransa Superkuboku və UEFA Çempionlar Liqasının qalibi olub. Klub həmçinin ötən ay keçirilən Klublararası Dünya Çempionatının finalına yüksəlib, lakin həlledici qarşılaşmada İngiltərənin "Çelsi" klubuna 0:3 hesabı ilə uduzub.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb