14 dekabr 2025. Bazar günü

Tomas Müller karyerasını Avstraliyada davam etdirə bilər


  • Transfer
  • 13:12 23.07.2025
  • Oxunma sayı: 133
Tomas Müller karyerasını Avstraliyada davam etdirə bilər

Almaniyalı hücumçu Tomas Müller "Bavariya" ilə yollarını ayırdıqdan sonra yeni klub axtarışlarını davam etdirir.

90deqiqe.Az-ın “Tuttomercatoweb”ə istinadən verdiyi məlumata görə,35 yaşlı futbolçu karyerasını gözlənilmədən Avstraliyada davam etdirə bilər. Belə ki, A-League təmsilçisi “Sidney” bir neçə həftədir Müllerlə danışıqlar aparır. Potensial transfer Avstraliya çempionatının tarixində ən səs-küylü keçidlərdən biri ola bilər.

Təcrübəli futbolçunun karyerasını MLS-də davam etdirməyə maraqlı olduğu uzun müddətdir müzakirə olunur. Müller özü də verdiyi müsahibələrdə ABŞ-a köçmək variantına açıq olduğunu bildirmişdi.

Bununla belə, klubun alman forvardı inandırmaq şansları hələlik yüksək qiymətləndirilmir. Bildirilir ki, “Sidney” Myüllerin transferi uğrunda yalnız bir rəqiblə – adı açıqlanmayan MLS klubuyla mübarizə aparır. Futbolçu ABŞ variantına daha çox üstünlük versə də, Avstraliya seçimini də istisna etmir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı