5 dekabr 2025. Cümə

Ronje "Renn" klubu ilə müqavilə imzalayıb


  • Transfer
  • 13:29 23.07.2025
  • Oxunma sayı: 128
Ronje "Renn" klubu ilə müqavilə imzalayıb

Fransız dayaq yarımmüdafiəçisi Valentin Ronje karyerasını “Renn” klubunda davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb, transferin maliyyə dəyəri isə 5,5 milyon avro təşkil edib.

“Nant” akademiyasının yetirməsi olan Ronje son 6 ili “Marsel”in heyətində keçirib. O, həm “Nant”, həm də “Marsel”də Fransa çempionatında 100-dən artıq oyuna çıxıb.

30 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlər üzrə 27 matçda forma geyinib, 3 qol vurub, 1 məhsuldar ötürmə edib və 5 sarı vərəqə alıb. Onun çıxış etdiyi “Marsel” komandası Liqa 1-də mövsümü ikinci pillədə başa vurub və lider “PSJ”dən 19 xal geri qalıb.







Transfer