14 dekabr 2025. Bazar günü

“Roma” irlandiyalı futbolçu ilə gücləndi


  • Transfer
  • 15:26 23.07.2025
  • Oxunma sayı: 107
“Roma” irlandiyalı futbolçu ilə gücləndi

İtaliyanın “Roma” klubu hücum xəttini gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Brayton”un hücumçusu Evan Ferqyuson bir illik icarə əsasında paytaxt təmsilçisinə keçib. Müqavilədə satınalma hüququ da nəzərdə tutulub.

19 yaşlı hücumçu A Seriyasında “Roma”nın heyətində 11 nömrəli forma ilə çıxış edəcək.

Əgər İtaliya klubu icarə müddətindən sonra irlandiyalı futbolçunu heyətində saxlamaq istəsə, “qağayılar”a 40 milyon avro ödəməli olacaq.

Ferqyuson ötən mövsümə İngiltərə Premyer Liqasında “Brayton”da başlamış, qış transfer dövründə isə “Vest Hem”ə icarəyə verilmişdi. O, ümumilikdə 23 oyunda meydana çıxaraq cəmi 1 qol vurub. “Transfermarkt” portalı hücumçunun cari bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı