- Transfer
- 22:00 05.12.2025
“Çelsi” klubu hücumçu Kristofe Nkunkunu satmaqda israrlıdır.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən verdiyi məlumata görə, “zadəganlar” futbolçunun qiymətini aşağı salaraq onun transferini asanlaşdırmağa çalışır.
Bu ilin qışında “Çelsi” Nkunkunu 65 milyon funt sterlinq dəyərində qiymətləndirirdi. Hazırda isə klub rəhbərliyi 43 milyon funtdan başlayan təklifləri nəzərdən keçirməyə hazırdır.
Məlumata görə, komandanın baş məşqçisi Enzo Mareska 26 yaşlı forvardı əsas heyətin bir hissəsi kimi görmür. Nkunku ilə “Bavariya” və “Mançester Yunayted”in maraqlandığı bildirilir.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.