- Transfer
- 23:59 26.03.2026
Qətərin "Əl-Sədd" klubu braziliyalı hücumçu Roberto Firminonun transfer edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Firmino 2023-cü ilin yayında "Əl-Əhli" klubuna azad agent kimi qoşulmuşdu. Bu müddət ərzində o, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində bütün turnirlərdə 65 oyuna çıxıb, 21 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı hazırda təcrübəli forvardın bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, ötən mövsüm "Əl-Sədd" Qətər çempionatının son turunda məhz "Əl-Əhli"ni 5:0 hesabı ilə məğlub edərək xallarını 52-yə çatdırmış və ölkə çempionu olmuşdu. Bu, klub tarixində 18-ci çempionluq tituludur.