14 dekabr 2025. Bazar günü

"Milan” ekvadorlu müdafiəçi ilə gücləndi


  • Transfer
  • 15:05 24.07.2025
  • Oxunma sayı: 122
"Milan” ekvadorlu müdafiəçi ilə gücləndi

İtaliyanın “Milan” klubu sol cinah müdafiəçisi Pervis Estupinyanı transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Saziş 2030-cu ilin ortalarına qədər qüvvədə olacaq.

Ekvadorlu futbolçu "Milan"da 2 nömrəli formanı geyinəcək. Estupinyan son üç mövsümü İngiltərənin "Braytton" klubunda keçirib. İtaliya mətbuatının yazdığına görə, bu transfer “rossoneri”yə 17 milyon avroya başa gəlib.

Qeyd edək ki, “Milan” ötən mövsüm A Seriyasını 8-ci pillədə tamamlayıb və növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazana bilməyib. Yeni mövsümün birinci turunda Stefano Piolinin komandası “Kremoneze” ilə qarşılaşacaq.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı