14 dekabr 2025. Bazar günü

“Liverpul” Aleksandr İsakın transferində israrlıdır


  • Transfer
  • 16:35 24.07.2025
  • Oxunma sayı: 121
“Liverpul” Aleksandr İsakın transferində israrlıdır

“Liverpul” klubu İngiltərə Premyer Liqasının digər təmsilçisi “Nyukasl”ın hücumçusu Aleksandr İsakın transferində israrlıdır.

90deqiqe.Az xəbər verir ki, “qırmızılar”ın yaxın günlərdə PSJ-yə keçidi gözlənilən Luis Diasın satışından sonra İsveç millisinin üzvü üçün rəsmi təklif göndərməsi mümkündür. Lakin bu, birbaşa “Nyukasl” klubunun qərarından asılı olacaq. Əgər “sorğular” transfer üçün qapını açarsa, “Liverpul” tərəddüd etməyəcək.

Daha əvvəl yayılan xəbərlərdə Aleksandr İsaqın özü də klub rəhbərliyinə mümkün transferə açıq olduğunu çatdırıb. Bununla belə, “Nyukasl”ın baş məşqçisi Eddi Hau ötən həftə verdiyi açıqlamada 25 yaşlı forvardın komandada qalacağına inandığını bildirmişdi.

Aleksandr İsak ötən mövsüm “Nyukasl”ın heyətində parlaq çıxışı ilə yadda qalmış və Avropa klublarının diqqətini cəlb etmişdi.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı