14 dekabr 2025. Bazar günü

Stankoviçin oğlu "İnter"i Belçika klubuna dəyişdi


  • Transfer
  • 21:50 24.07.2025
  • Oxunma sayı: 170
Stankoviçin oğlu "İnter"i Belçika klubuna dəyişdi

Moskva "Spartak"ının baş məşqçisi və Serbiya futbolunun əfsanəsi Deyan Stankoviçin oğlu Aleksandar Stankoviç "İnter" klubunu tərk edib.

90deqiqe.Az xəbər verir ki,19 yaşlı futbolçu karyerasını Belçikanın "Brügge" klubunda davam etdirəcək.

Gənc yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb. Transferin dəyəri 9,5 milyon avro olaraq qiymətləndirilir.

Aleksandar Stankoviç "neradzurrilər"in akademiyasının yetirməsidir və uzun illər Milan klubunun aşağı yaş qruplarında çıxış edib.

O, ötən mövsümü İsveçrədə icarədə keçirib və "Lüsern" klubunun heyətində sabit oyun praktikası qazanıb. Əsas mövqeyi dayaq yarımmüdafiəçisi olan Stankoviç, həmçinin müdafiənin mərkəzində və mərkəz xəttin hücumameylli hissəsində də oynaya bilir.

 







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı