5 dekabr 2025. Cümə

Xese Rodriges üçüncü dəfə “Las Palmas”a qayıtdı


  • Transfer
  • 22:04 24.07.2025
  • Oxunma sayı: 121
Xese Rodriges üçüncü dəfə “Las Palmas”a qayıtdı

32 yaşlı hücumçu Xese Rodriges yenidən İspaniyanın “Las Palmas” klubuna keçib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu ilə bir illik müqavilə imzalanıb.

Bu, Xesenin Kanar adaları təmsilçisində üçüncü dönəmi olacaq. O, daha əvvəl “Las Palmas”ın formasını 2016/17 mövsümündə, həmçinin 2021–2022-ci illər arasında geyinib.

Son mövsümü Xese Malayziyanın “Darul Takzim” klubunda keçirib. Orada karyerasını yenidən canlandırmağa çalışsa da, komandanın əsas heyətində möhkəmlənə bilməyib.

Madrid “Real”ının yetirməsi olan Xese Rodriges bir vaxtlar İspaniya futbolunun parlaq istedadlarından biri hesab olunurdu. O, “Real”ın əsas komandasında 94 oyuna çıxıb, 18 qol vurub və 15 məhsuldar ötürmə edib. Hücumçu “kral klubu”nun heyətində Çempionlar Liqası, La Liqa, İspaniya Kuboku və Superkubokunun qalibi olub.







Transfer