14 dekabr 2025. Bazar günü

"Bavariya" Luis Dias üçün yeni təklif edib


  • Transfer
  • 17:14 25.07.2025
  • Oxunma sayı: 108
"Bavariya" Luis Dias üçün yeni təklif edib

Almaniyanın "Bavariya" klubu İngiltərənin "Liverpul" komandasının cinah hücumçusu Luis Diasın transferi üzərində işlərini davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Almaniyanın "Sky" nəşri məlumat yayıb.

Mənbəyə görə, Bundesliqa nəhəngi 28 yaşlı oyunçunun keçidi ilə bağlı "Liverpul"a yeni təklif göndərib. Təklifin dəqiq məbləği açıqlanmasa da, daha əvvəl "Bavariya"nın 67,5 milyon avroluq təklifinin "Liverpul" tərəfindən dərhal rədd edildiyi bildirilir. Yeni təklifin isə bu məbləğdən yüksək olduğu vurğulanır.

Futbolçunun özü "Bavariya"ya keçidə müsbət yanaşır və belə bir variantın real olması halında Münhen klubuna qoşulmaq istəyir. Hazırda Luis Dias klublar arasında razılığın əldə olunmasını sakit şəkildə gözləyir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı