- Transfer
- 22:00 05.12.2025
"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou yaxın vaxtlarda klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçunun yeni təkliflərə açıqdır.
Mənbənin məlumatına görə, Şouya ən ciddi maraq Səudiyyə Ərəbistanı klublarından gəlir. Klub daxilində onun paltardəyişmə otağında nüfuzlu və lider fiqur kimi qiymətləndirildiyi vurğulansa da, "Mançester Yunayted" oyunçunun gedişinə mane olmayacaq. Bu qərarın əsas səbəbləri kimi Şounun yüksək maaşı və tez-tez yaşadığı zədələr göstərilir.
Qeyd edək ki, ötən mövsüm Lük Şou üçün karyerasının ən çətinlərindən biri olub. Baldır əzələsindəki uzunmüddətli zədə səbəbindən o, cəmi 12 oyunda iştirak edə bilib və əsas heyətdəki yerini itirib.