30 yanvar 2026. Cümə

"Çelsi"nin Yıldız üçün təklifi rədd edilib


  • Transfer
  • 21:33 25.07.2025
  • Oxunma sayı: 130
"Çelsi"nin Yıldız üçün təklifi rədd edilib

“Yuventus” “Çelsi” klubunun Kenan Yıldızın transferi ilə bağlı təklifini rədd edib.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, London klubu türk futbolçu üçün 68 milyon avroya qədər təklif etməyə hazır idi. Lakin Turin təmsilçisi oyunçunu heyətində saxlamaq niyyətində olduğunu bildirib və daha yüksək məbləğlərə belə satmaq istəmədiyini açıq şəkildə göstərib.

Yaxın günlərdə “Yuventus”un 20 yaşlı futbolçuya yeni müqavilə təklif etməsi gözlənilir. Klub gənc oyunçunun hazırda 1,5 milyon avro olan illik əməkhaqqısını 4 milyon avroya qədər artırmağı planlaşdırır.

Xatırladaq ki, Kenan Yıldız ötən mövsüm klub səviyyəsində 52 oyunda meydana çıxaraq 12 qol vurub və 9 məhsuldar ötürmə edib.







Transfer