- Transfer
- 23:35 08.12.2025
Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen karyerasını “Rekshem” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçuya təqdim olunan təklif onu qane etsə də, Eriksen karyerasını İngiltərədə davam etdirməyə üstünlük verir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
İngiltərə Çempionşipində çıxış edəcək Uels təmsilçisinin sahibi məşhur aktyor Rayan Reynoldsundur.
Qeyd edək ki, ötən mövsümün sonunda “Rekshem” İngiltərə futbolu tarixində ardıcıl üç mövsüm liqa yüksəlişi əldə edən ilk komanda olub. Hazırda azad agent statusuna malik olan Eriksen son olaraq “Mançester Yunayted”in heyətində çıxış edib.