14 dekabr 2025. Bazar günü

“Trabzonspor” “Lokomotiv”in təklifini rədd edib


  • Transfer
  • 22:39 25.07.2025
  • Oxunma sayı: 120
“Trabzonspor” “Lokomotiv”in təklifini rədd edib

“Trabzonspor” yarımmüdafiəçisi Ozan Tufanın icarəyə verilməsi ilə bağlı Moskvanın “Lokomotiv” klubunun təklifini qəbul etməyib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Türkiyənin “Taka Gazete” nəşri məlumat yayıb.

Məlumata görə, “Trabzonspor” 30 yaşlı futbolçunun icarəyə verilməsini gündəmdə tutmur və yalnız onun satışını nəzərdən keçirir. “Lokomotiv”in isə oyunçunun maaşının tamamını qarşılayacağı bildirilir.

Ozan Tufan 2024-cü ildən “Trabzonspor”un heyətində çıxış edir. O, geridə qalan mövsümdə bütün turnirlər üzrə 41 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına əsasən, Ozan Tufanın bazar dəyəri 2,2 milyon avro təşkil edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı