14 dekabr 2025. Bazar günü

"Barselona"nın futbolçusu yeni müqaviləyə razılıq verib


  • Transfer
  • 22:43 25.07.2025
  • Oxunma sayı: 122
"Barselona"nın futbolçusu yeni müqaviləyə razılıq verib

"Barselona"nın sağ cinah müdafiəçisi Jül Kunde klubu ilə əmək müqaviləsini 2030-cu ilin iyun ayına qədər uzatmağa razılaşıb.

90deqiqe.Az-ın “RMC Sport”a istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu ilə "Mançester Siti" maraqlansa da, fransız "mavi-qranatlılar"da qalmaq istəyini bildirib.

Kunde 2022-ci ilin yayında "Sevilya"dan "Barselona"ya keçib. Keçən mövsüm o, bütün yarışlarda 53 matçda iştirak edib və bu matçlarda 4 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı