- Transfer
- 23:35 08.12.2025
İngiltərə Premyer Liqasının yay transfer dövründə ən çox xərc çəkən klubu “Liverpul” olub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə nüfuzlu “Transfermarkt” portalı məlumat yayıb.
Merseysayd təmsilçisi yayda heyətinə 6 futbolçu cəlb edərək ümumilikdə 308,68 milyon avro xərcləyib. Ən bahalı transferlər sırasında hücumameyilli yarımmüdafiəçi Floriən Virts (125 milyon avro), mərkəz hücumçusu Uqo Ekitike (95 milyon) və sol cinah müdafiəçisi Miloş Kerkes (46,9 milyon) yer alır.
İkinci pillədə 243,77 milyon avro ilə “Çelsi” qərarlaşıb. London klubu sol cinah oyunçusu Ceymi Qittensə (64,3 milyon), mərkəz hücumçuları Joao Pedroya (63,7 milyon) və Liam Delapa (35,5 milyon) böyük vəsait ödəyib.
Üçlüyü 157,8 milyon avro xərclə “Arsenal” tamamlayır. “Topçular” yay transfer dönəmində dayaq yarımmüdafiəçisi Martin Zubimendini (70 milyon), sağ cinah oyunçusu Noni Maduekeni (55,4 milyon) və mərkəz müdafiəçisi Kristian Moskeronu (15 milyon) heyətinə qatıb.
Premyer Liqada ən çox transfer xərci çəkən digər klublar isə aşağıdakılardır:
Mançester Yunayted – 153,2 milyon avro
Mançester Siti – 145,7 milyon avro
Tottenhem – 140,6 milyon avro
Sanderlend – 115,9 milyon avro
Brayton – 80 milyon avro
Bernli – 79,75 milyon avro
Lids – 69,4 milyon avro