14 dekabr 2025. Bazar günü

“Barselona”dan “Braqa”ya


  • Transfer
  • 23:45 25.07.2025
  • Oxunma sayı: 134
“Barselona”dan “Braqa”ya

“Barselona”nın hücumçusu Pau Viktorun Portuqaliyanın “Braqa” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə növbəti beş mövsüm üçün (2030-cu ilə qədər) qüvvədə olan müqavilə imzalanıb.

İspan futbolçunun transferi Portuqaliya klubuna 12 milyon avroya başa gəlib. Müqaviləyə əlavə olaraq 3 milyon avro bonus da daxildir.

Qeyd edək ki, Pau Viktor 2023-cü ilin yayında “Barselona”ya “Jirona” klubundan icarə əsasında qoşulmuşdu. Bir il sonra isə Kataloniya klubu onu tam şəkildə transfer etmişdi.

23 yaşlı futbolçu ötən mövsüm “Barselona”nın əsas komandasında 29 oyunda iştirak edib və 2 qol vurub. O, həmçinin komanda ilə birlikdə İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanaraq üç yerli titulun hamısına sahib çıxıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı