27 mart 2026. Cümə

"Mançester Yunayted" Donnarummanı Onananın əvəzləyicisi kimi nəzərdən keçirir


  • Transfer
  • 12:51 26.07.2025
  • Oxunma sayı: 141
"Mançester Yunayted" Donnarummanı Onananın əvəzləyicisi kimi nəzərdən keçirir

İngiltərənin "Mançester Yunayted" klubu PSJ-nin  qapıçısı Canluici Donnarummanı əsas qapıçı Andrey Onananın mümkün əvəzləyicisi kimi transfer siyahısına daxil edib.

90deqiqe.Az-ın "Caught Offside" nəşrinə istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiper artıq bir ildən çoxdur ki, Fransa təmsilçisi ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparır. Hazırda italiyalı qolkiperin illik maaşı 7 milyon avro təşkil edir, əlavə olaraq 3 milyon avro bonus qazanır. Lakin PSJ-nin yeni müqavilə üçün təklif etdiyi şərtlər oyunçunu qane etmir.

Geridə qalan mövsümdə Donnarumma bütün turnirlərdə 47 oyuna çıxıb və onların 17-də qapısını toxunulmaz saxlayıb. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb