- Transfer
- 22:00 05.12.2025
"Vest Hem"in yarımmüdafiəçisi Luka Paketa ilə bağlı idman mərc oyunlarına dair ittihamların yaxın zamanda ləğv olunması gözlənilir. Bu hal futbolçunun transfer bazarında yenidən aktiv fiqura çevrilməsinə səbəb olub.
90deqiqe.Az-ın "TBR Football"a istinadən verdiyi məlumata görə, "Mançester Siti" 27 yaşlı futbolçunu transfer etmək üçün yeni cəhdlərə başlaya bilər.
Paketa artıq bir neçə ildir ki, "şəhərlilər"in maraq dairəsindədir və klub onu komandaya qatmağı hələ də aktual sayır. Mənbəyə əsasən, Premyer Liqanın son illərin ən güclü klublarından biri olan "Mançester Siti" yaxın həftələrdə braziliyalı üçün "Vest Hem"ə rəsmi təklif göndərə bilər.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 28 milyon avro olaraq qiymətləndirir. Qeyd edək ki, Luka Paketanın Braziliya milli komandasında 55 oyunu var.