14 dekabr 2025. Bazar günü

"Lids" "Lion"un qapıçısı ilə gücləndi


  • Transfer
  • 23:15 26.07.2025
  • Oxunma sayı: 178
"Lids" "Lion"un qapıçısı ilə gücləndi

İngiltərənin "Lids Yunayted" klubu "Lion"un qapıçısı Lukas Perrini heyətinə qatıb.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı qolkiper yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu "Lion"da cəmi bir mövsüm keçirsə də, "toxucular"ın heyətində stabil çıxış edərək diqqət çəkib.

Qeyd edək ki, bu, Perrinin İngiltərədəki ilk təcrübəsi deyil — o, altı il əvvəl "Kristal Pelas"da icarə əsasında çıxış edib.

Futbolçu karyerasına "San-Paulu"da başlayıb və sonradan "Botafoqo" və "Nautiko" kimi Braziliya klublarında da forma geyinib.

Xatırladaq ki, "Lids" ötən mövsüm İngiltərə Çempionşipində uğurlu çıxış edərək Premyer Liqaya birbaşa vəsiqə qazanıb. Yorkşir təmsilçisi son iki mövsümdür APL-dən uzaq qalmışdı.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı