- Transfer
- 18:38 24.11.2024
PSJ-nin idman direktoru Leonardo komandanın futbolçusu Neymar haqda danışıb.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, klub rəsmisi "Barselona" ilə aparılan danışıqların uğursuz nəticələndiyini söyləyib.
"Bizim mövqeyimiz bəllidi. "Barselona" ilk təklifini avqustun 27-də etdi. Biz anlaşmağa digər oyunçuların cəlb edilməsinə razıyıq. Ancaq təklifimiz qəbul edilmədi. Hazırda heç bir anlaşma yoxdu. Gələcək nə baş verə bilər? Bu, yeni təklif verməli olan "Barselona"dan asılıdı."Transfer pəncərəsi" sentyabrın 2-də bağlanacaq. Bu isə son tarixdi".
Qeyd edək ki, PSJ "Barselona"dan 130 milyon avro və 3 futbolçunun (Usman Dembele, İvan Rakitiç, Jan-Kler Todibo) icarəyə verilməsini istəyib.