14 dekabr 2025. Bazar günü

"Tottenhem" koreyalı ilə yollarını ayırmağa hazırlaşır


  • Transfer
  • 21:43 28.07.2025
  • Oxunma sayı: 110
"Tottenhem" koreyalı ilə yollarını ayırmağa hazırlaşır

“Tottenhem” hücumçusu Hın-Min Sonun bu yay klubdan ayrılmasına yaşıl işıq yandırıb.

90deqiqe.Az-ın “Give Me Sport”a istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçunun transferi ilə ABŞ-ın MLS liqasından “Los-Anceles” klubu maraqlanır və tərəflər arasında danışıqlar gedir.

Bununla belə, London təmsilçisinin yaxın günlərdə oyunçudan ayrılması mümkün deyil. Səbəb isə klubun Asiyada keçirəcəyi mövsümöncəsi hazırlıq turu ilə bağlı bağladığı müqavilədir.

Müqavilədə 3 avqustda “Nyukasl”a qarşı keçiriləcək yoldaşlıq oyununda məhz cənubi koreyalının iştirakı xüsusi şərt kimi qeyd olunub. Əgər ulduz futbolçu bu qarşılaşmada iştirak etməzsə, “Tottenhem” ciddi kommersiya gəlirlərindən məhrum ola bilər.

Qeyd edək ki, “Transfermarkt” portalının son qiymətləndirməsinə əsasən futbolçunun dəyəri 20 milyon avro təşkil edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı