3 iyul 2026. Cümə

Remsdeyl “Nyukasl”a keçə bilər


  • Transfer
  • 22:25 28.07.2025
  • Oxunma sayı: 163
Remsdeyl “Nyukasl”a keçə bilər

“Sauthempton”un qapıçısı Aaron Remsdeyl karyerasını Premyer Liqada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu “Nyukasl Yunayted” klubu ilə danışıqlar aparır.

Remsdeyl “Nyukasl”ın baş məşqçisi Edii Hau ilə əvvəllər “Bornmut” klubunda birgə çalışıb. Qeyd olunur ki, Hau artıq ötən yay da qolkiperin xidmətində maraqlı idi, lakin o zaman transfer baş tutmamışdı.

Ötən mövsüm Remsdeyl “Sauthempton”un heyətində Premyer Liqada 30 oyunda forma geyinib. Mövsümün sonunda komanda çempionatı tərk edərək Çempionşipə düşüb ki, bu da qapıçının ayrılma ehtimalını artırıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır